Xəzər Xəbər

"Feyenoord"un növbəti baş məşqçisi Dirk Köyt olacaq

İdman | 18:06 • 26 May 2020
"Feyenoord"un növbəti baş məşqçisi Dirk Köyt olacaq

Dirk Köyt növbəti yay "Feyenoord"un əsas komandasının başına keçəcək.


"De Telegraaf" xəbər verir ki, Köyt 2021-ci ilin yayında "Feyenoord"un baş məşqçisi postunda Dik Advokatı əvəzləyəcək. 39 yaşlı mütəxəssisin məşqçilər ştabında Henrik Larsson da olacaq.


Köyt hazırda "rotterdamlılar"ın U-19 komandasını çalışdırır.


Fanat.Az

Xəbər lenti