Xəzər Xəbər

“Barselona”nın futbolçularının maaşları 70 faiz azaldıldı

İdman | 18:11 • 30 Mart 2020
“Barselona”nın futbolçularının maaşları 70 faiz azaldıldı

İspaniyanın "Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi koronavirus epidemiyası ilə əlaqədar futbolçularınöz maaşlarının 70 faiz azaldılması barədə qərara gəldiklərini elan edib.

Bu barədə "HaberGlobal” məlumat yayıb.

"Klubun gələcəyi və işdən çıxarmaların qarşısını almaq üçün, həmçinin, işçilərin əməkhaqlarının 100 faiz təmin edilməsi üçün maaşlarımızın 70 faiz azaldılması qərarına gəldik”, - deyə Messi bildirib.

Xəbər lenti