Xəzər Xəbər

Türkiyə Superliqası: “Başakşəhər” İstanbul derbisini minimal hesabla qazanıb

İdman | 09:14 • 15 Fevral 2020
Türkiyə Superliqası: “Başakşəhər” İstanbul derbisini minimal hesabla qazanıb
Fevralın 14-də Türkiyə Superliqasının XXII turunun birinci qarşılaşmasında İstanbul derbisi keçirilib. 

Xezerxeber.az xəbər verir ki, derbidə "Başakşəhər” doğma meydanda "Beşiktaş”ı minimal hesabla məğlub edib. Oyunda yeganə qolu 50-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Demba Ba vurub.

Bu oyundan başqa, turda "Denizlispor”-"Kayserispor”, "Konyaspor”-"Göztəpə”, "Ankaragücü”-"Fənərbağça”, "Alanyaspor”-"Gənclərbirliyi”, "Trabzonspo”-"Sivasspor”, "Qalatasaray”-"Yeni Malatyaspor”, "Antalyaspor”-"Kasımpaşa” və "Qaziantep”-"Rizəspor” matçları keçiriləcək.

Türkiyə çempionatında hazırda turnir cədvəlinə 43 xalla "Başakşəhər” klubu liderlik edir. "Sivasspor” 42 xalla ikinci pillədədir. İlk üçlüyü 41 xalla iki oyun az keçirmiş "Trabzonspor” qapayır. Sonrakı yerlərdə "Alanyaspor” (39 xal), "Qalatasaray” (39 xal), "Fənərbağça” (38 xal), "Beşiktaş” (36 xal) və digər komandalar qərarlaşıblar.

Xəbər lenti