Xəzər Xəbər

"Barselona" "Palmeyras"ın futbolçusunu heyətinə qatdı

İdman | 13:37 • 1 Fevral 2020
"Barselona" "Palmeyras"ın futbolçusunu heyətinə qatdı

"Barselona" yeni transferini açıqlayıb.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, katalonlar "Palmeyras"ın yarımmüdafiəçisi Mateus Fernandesi transfer edib. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

"Barselona" bu keçid üçün 7 milyon avro təzminat ödəyib. Daha 3 milyon avro isə bonuslar şəklində Braziliya klubuna veriləcək.

İspaniya nəhəngi braziliyalı futbolçuya 300 milyon avroluqsərbəst qalma qiyməti qoyub.

"Palmeyras" Mateusu ötən il "Botafoqo"dan 4 milyon avroya transfer etmişdi.

Xəbər lenti