Xəzər Xəbər

Dani: "Sevilya" turnirin favoritidir"

İdman | 16:57 • 26 Noyabr 2019
Dani: "Sevilya" turnirin favoritidir"

"Qarabağ”ın ispan yarımmüdafiəçisi Dani Kintana noyabrın 28-də "Sevilya”ya qarşı keçirəcəkləri matç haqda danışıb.

"Deportes ABC desevilla” nəşrinə müsahibəsində futbolçu Avroliqanın pley-off mərhələsinə yüksəlmək üçün İspaniyada xal qazanmalı olduqlarını söyləyib:

"Əlbəttə, biz bilirik ki, bu, çətin olacaq. "Sevilya” əla komandadır. Lopeteqinin gəlişindən sonra müsbətə doğru dəyişiklik gedir. Bundan başqa, rəqibin Avropa Liqasında uğurlu təcrübəsi var. Məncə, onlar turnirin favoritidi.Amma inanıram ki, meydanda istəkli görünəcəyik. "Sevilya” ilə görüşdə yaxşı nəticə qazanmaq istəyirik”.

Fanat.Az

Xəbər lenti