Xəzər Xəbər

İngiltərə Premyer Liqası: “Mançester Siti” doğma meydanda “Çelsi”ni məğlub edib

İdman | 09:20 • 24 Noyabr 2019
İngiltərə Premyer Liqası: “Mançester Siti” doğma meydanda “Çelsi”ni məğlub edib

Noyabrın 23-də futbol üzrə İngiltərə Premyer Liqasının 13-cü turunun mərkəzi qarşılaşmasında "Mançester Siti” komandası öz meydanında "Çelsi”ni qəbul edib.


Xezerxeber.az xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı 21-ci dəqiqədə qonaqlar açıblar. "Çelsi”nin futbolçusu Nqolo Kante sürətli əks-hücumu qolla tamamlayıb - 0:1.


Qoldan sonra irəli atılan Mançester təmsilçisi səkkiz dəqiqə sonra oyunda tarazlığı bərpa edib. Kevin de Brüyne adını tabloya yazdırıb - 1:1. Matçın 37-ci dəqiqəsində isə ev sahibləri Riyad Mahrezin qolu ilə hesabda irəli çıxıblar - 2:1. Oyun bu hesabla da başa çatıb.


Bu qələbədən sonra "Mançester Siti” xal ehtiyatını 25-ə çatdıraraq dördüncü yerdə qərarlaşıb. Bir xal çox toplayan "Çelsi” isə üçüncü pillədədir.


Səfərdə "Kristal Palas” komandasını 2:1 hesabı ilə məğlubiyyətə uğradan "Liverpul” isə çempionluğa doğru inamla irəliləyir. Hazırda aktivinə 37 xal olan "Liverpul” ən yaxın izləyicisini – "Lester Siti”ni 8 xal qabaqlayır.


Turun birinci oyun günündə aşağıdakı hesablar qeydə alınıb:


"Vest Ham” - "Tottenhem” - 2:3;


"Bormunt” - "Volverhemton” - 1:2;


"Arsenal” - "Southemton” - 2:2;


"Brayton” - "Lester Siti” - 0:2;


"Everton” - "Norviç Siti” - 0:2;


"Vatford” - "Börnli” - 0:3.


Tura noyabrın 24-də "Şeffild Yunayted” – "Mançester Yunayted”, noyabrın 26-da isə "Aston Villa” – "Nyukasl” görüşləri ilə yekun vurulacaq.

Xəbər lenti