Xəzər Xəbər

İbrahimoviç İspaniyaya qayıdır?

İdman | 16:04 • 1 Noyabr 2019
İbrahimoviç İspaniyaya qayıdır?

"Los-Anceles Qelaksi"nin futbolçusu Zlatan İbrahimoviçin İspaniyaya qayıdışı ilə bağlı video paylaşmağının səbəbi məlum olub.

İsveçli hücumçu "İnstaqram" hesabında yayımladığı videoda İspaniyaya qayıdacağını zarafatla deyib. Əslində isə o, İspaniyada kazinolardan birinin reklam siması olub və buna görə izləyiciləri ilə zarafat edib. 38 yaşlı forvard bunu bu gün Tvitter səhifəsində açıqlayıb.

Qeyd edək ki, İbrahimoviç 2008/2009 mövsümündə "Barselona"da oynayıb. O, 2018-ci ildən ABŞ klubunda çıxış edir.

Xəbər lenti