Xəzər Xəbər

İtaliya A Seriyasının 10-cu turunun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

İdman | 08:45 • 31 Oktyabr 2019
İtaliya A Seriyasının 10-cu turunun növbəti oyunları keçirilib -

Oktyabrın 30-da futbol üzrə İtaliya A Seriyasının 10-cu turunun növbəti oyunları keçirilib.


Xezerxeber.az xəbər verir ki, turun mərkəzi qarşılaşması "San Paolo” stadionunda oynanılıb. "Napoli” öz meydanında "Atalanta” komandasını qəbul edib. Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 2:2.


Cari mövsüm yaxşı oyunu ilə diqqət çəkən "İnter” səfərdə "Breşiya” komandanı 2:1 hesabı ilə məğlub edib. Son çempion "Yuventus” Turinin digər təmsilçisi "Torino” ilə üz-üzə gəlib. Üç qırmızı vərəqənin göstərildiyi oyunda "qoca sinyora” son dəiqələrdə vurduğu qolla 2:1 hesabı ilə qələbə qazanıb.


Çempionatın favoritlərindən sayılan "Roma” isə səfərdə "Udineze”ni böyük hesabla məğlub edib – 0:4.


Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:


"Kalyari” - "Bolonya” - 3:2;


"Latsio” - "Torino” - 4:0;


"Sampdoriya” - "Leççe” - 1:1;


"Sassuolo” - "Fiorentino” - 1:2;


"Parma” - "Verona” - 0:1.


Tura oktyabrın 31-də keçiriləcək "Milan” - SPAL oyunu ilə yekun vurulacaq.

Xəbər lenti