Xəzər Xəbər

Türkiyə ilə oyundan öncə Fransa millisində ağır itki

İdman | 17:41 • 12 Oktyabr 2019
Türkiyə ilə oyundan öncə Fransa millisində ağır itki

Fransa millisi ağır itki ilə üzləşib.


Komandanın aparıcı üzvü Nqolo Kante İslandiya ilə dünən baş tutan oyundan (1:0) öncə isinmə hərəkətləri edərkən zədələnib.


28 yaşlı yarımmüdafiəçinin seçmə mərhələnin növbəti turunda Türkiyə ilə oyununda meydana çıxa bilməyəcəyi bildirilir.


Qeyd edək ki, oktyabrın 14-də keçiriləcək Fransa – Türkiyə matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.


Fanat.Az

Xəbər lenti