Xəzər Xəbər

"Real"ın ulduzundan millimizlə oyundan əvvəl şok açıqlama

İdman | 15:59 • 6 Sentyabr 2019
"Real"ın ulduzundan millimizlə oyundan əvvəl

Bu gün "AVRO-2020"nin seçmə mərhələsində milli komandamızı qəbul edəcək Uels millisinin kapitanı Qaret Beyl "Real"dakı vəziyyəti ilə bağlı danışıb.


Ulduz futbolçu "Kral Klubu"nda xoşbəxt olmadığını açıq-aşkar biruzə verib.


Yay transfer dövründə "Real"dan ayrılması gözlənilən futbolçunun hətta klub rəhbərliyi və baş məşqçi Zinəddin Zidanla münasibətləri gərginləşmiş, tərəflər bir-birinə qarşı ittihamlarla çıxış etmişdi. Lakin Beyl sonda komandada qaldı.


Millimizlə oyundan əvvəl susqunluğunu pozan kapitan "Baş verənlərdən sonra "günah keçisi" elan edildiyimi düşünürəm və bu ədalətli deyil. Bu gün xoşbəxt şəkildə oynadığımı deyə bilmərəm, amma oynamağa davam edirəm. Peşəkar futbolçu olduğum müddətdə ölkəm və komandam üçün hər şeyi etməyə çalışacam" deyib.


Beyl təlim-məşq toplanışına qatılarkən işinin çox çətin olduğunu və insanların onun haqqında çox şey danışdığını bildirib: "Karyeramdakı ən çətin vəziyyət deyildi, amma çox ideal dumum da deyil. Buna rəğmən, hər şeyin öhdəsindən necə gəlməli olduğumu bilirəm.

Xəbər lenti