Xəzər Xəbər

Jirudan MLS-ə "yaşıl işıq"

İdman | 15:58 • 5 Sentyabr 2019
Jirudan MLS-ə "yaşıl işıq"

"Çelsi"nin fransalı hücumçusu Olivye Jiru "RMC Sport"a açıqlamasında MLS-də oynaya biləcəyini deyib.

32 yaşlı forvard bunu nə vaxt gerçəkləşəcəyini bilmədiyini söyləyib:

"MLS-də oynamaq çox maraqlı olardı. Bunun yaxın bir-iki ildə reallaşacağını bilmirəm. Əlbəttə, belə mübarizəyə açığam. Başqa seçimlərim də ola bilər. Yaxın gələcəkdə görəcəyik. "Çelsi"nin mənimlə müqavilə imzalamaq hüququ var idi və bunu etdi. Mən də ayrılmağı düşünmədim. Klubun mənə güvəndiyini bilirəm".

Jirunun "Çelsi" ilə müqaviləsi mövsümün sonunda başa çatır. Fransa millisinin üzvü London təmsilçisində 67 oyuna 19 qol vurub, 13 assist edib.

Xəbər lenti