Xəzər Xəbər

Mauro İkardinin yeni klubu müəyyənləşdi

İdman | 15:17 • 2 Sentyabr 2019
Mauro İkardinin yeni klubu müəyyənləşdi

"İnter"baş məşqçisi Antonio Kontenin planlarında yer almayan Mauro İkardini icarəyə verib.

"RMC Sport" xəbər verir ki, Fransanın PSJ klubu argentinalı hücumçunu satın alma şərti ilə bir illik icarəyə götürüb. Paytaxt klubu 26 yaşlı hücumçunu 70 milyon avroya transfer etmək hüququna sahibdir. Mauro müqavilə tibbi müayinədən keçmək üçün Parisə gedib.

"İnter" İkardini 2013-cü ildə "Sampdoriya"dan 13 milyon avroya transfer etmişdi. Hücumçu 219 oyuna 124 qol vurub, 28 assist edib.

Xəbər lenti