Xəzər Xəbər

Arda Turanın “Başakşəhər”dəki maaşı ikiqat azaldılıb

İdman | 11:56 • 2 Sentyabr 2019
Arda Turanın “Başakşəhər”dəki maaşı ikiqat azaldılıb

Türkiyə millisinin futbolçusu Arda Turanın "Başakşəhər” klubu ilə müqaviləsində dəyişiklik edilib.


APA-nın məlumatına görə, 32 yaşlı hücumameylli yarımmüdafiəçinin maaşı ikiqat aşağı endirilib.


İstanbul təmsilçisinin rəsmi saytı vasitəsilə yaydığı açıqlamaya əsasən futbolçu öz istəyi ilə illik qazancının 50 faiz endirilməsini istəyib. A.Turanın bu addımını böyük fədakarlıq hesab edən klub rəhbərliyi bu addıma görə ona təşəkkür edib.

Xəbər lenti