Xəzər Xəbər

“Çelsi”də son 41 ilin antirekordu qeydə alınıb

İdman | 13:46 • 12 Avqust 2019
“Çelsi”də son 41 ilin antirekordu qeydə alınıb

İngiltərənin "Çelsi” klubunun baş məşqçisi Frenk Lempard antirekorda imza atıb.


Gənc mütəxəssis son 41 ildə London klubunda ən uğursuz debüt edən məşqçi olub.


Onun Premyer Liqadakı debütü "Mançester Yunayted”ə 0:4 hesablı məğlubiyyətlə başa çatıb. "Çelsi”nin məşqçiləri arasında belə uğursuz starta imza atan sonuncu çalışdırıcı Denni Blançflauer olub. O, 1978-ci ilin dekabrında baş məşqçi təyin olunduqdan sonra "Midlsbro”ya 2:7 hesablı məğlubiyyətə üzülüb. Ümumiyyətlə, 15 oyunda 3 qələbə görən məşqçi bununla da karyerasını başa vurub.


Qeyd edək ki, bu, həm də əvvəllər "Derbi Kaunti”ni çalışdıran F.Lempardın karyerasında ən ağır məğlubiyyətdir.

Xəbər lenti