Xəzər Xəbər

Messi İspaniya La Liqasının bir neçə oyununu buraxa bilər

İdman | 15:32 • 11 Avqust 2019
Messi İspaniya La Liqasının bir neçə oyununu buraxa bilər

İspaniyanın "Barselona” klubunun argentinalı ulduzu Lionel Messi İspaniya La Liqasının ilk turlarını buraxa bilər.


Xezerxeber.az xəbər verir ki, buna səbəb futbolçunun zədələnməsidir.


Klubun baş məşqçisi Ernesto Valverde bildirib ki, Messi avqustun 6-da komandanın məşqində zədələnib. Argentinalı hücumçu "Napoli” yoldaşlıq görüşündə meydana çıxmayıb.


Qeyd edək ki, İspaniya La Liqasının birinci turunda "Barselona” avqustun 16-da "Atletik Bilbao” ilə qarşılaşacaq.

Xəbər lenti