Xəzər Xəbər

Azərbaycanlı FİFA hakimi Çempionlar Liqasının oyununu idarə edəcək

İdman | 16:59 • 8 Avqust 2019
Azərbaycanlı FİFA hakimi Çempionlar Liqasının oyununu idarə edəcək

Azərbaycanlı hakim Əliyar Ağayev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.


Xezerxeber.az-ın məlumatına görə, FİFA referisi III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək LASK (Avstriya) – "Bazel” (İsveçrə) qarşılaşmasının baş hakimi olacaq.


Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.


Qeyd edək ki, matç avqustun 13-də keçiriləcək. İlk oyunda LASK 2:1 hesabı ilə qalib gəlib.

Xəbər lenti

Çox oxunanlar