Xəzər Xəbər

APEOL-in baş məşqçisi “Qarabağ”a uduzduğu üçün istefaya göndərilib

İdman | 12:36 • 8 Avqust 2019
APEOL-in baş məşqçisi “Qarabağ”a uduzduğu üçün istefaya göndərilib

Kiprin APOEL futbol klubunun baş məşqçi Paulo Tramezani istefaya göndərilib.


APA-nın klubun saytına istinadən məlumatına görə, 49 yaşlı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.


Onunla yolların ayrılmasında Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Azərbaycan çempionu "Qarabağ”a 1:2 hesabı ilə uduzması rol oynayıb. İtaliyalı mütəxəssisi hələlik kimin əvəzləyəcəyi açıqlanmayıb.


Qeyd edək ki, APOEL "Qarabağ”la cavab oyununu avqustun 13-də Bakıda keçirəcək.

Xəbər lenti