Xəzər Xəbər

"Qalatasaray" Radamel Falkao ilə anlaşdı

İdman | 15:48 • 30 İyul 2019
"Qalatasaray" Radamel Falkao ilə anlaşdı

"Monako"nun hücumçusu Radamel Falkao Türkiyənin "Qalatasaray" klubu iləanlaşıb.

"Alfredo Pedulla" qəzeti xəbər verir ki, Kolumbiya millisinin üzvüylə 3 illik razılıq əldə edilib.

33 yaşlı forvard "Qalatasaray"da 3 il ərzində 18 milyon avrodan çox məvacib alacaq. Transferin növbəti həftə rəsmiləşməsi gözlənilir.

Falkao "Monako"da vergilər xaric illik 8,5 milyon avro qazanır. Təcrübəli forvardın "knyazlıq klubu"ilə müqaviləsi 2020-ci ilin yayında başa çatır.

"Monako" Falkaonu 2013-cü ildə "Atletiko"dan 60 milyon avroya transfer etmişdi.

Xəbər lenti

Çox oxunanlar