Xəzər Xəbər

AFFA "Kayserispor"un futbolçusunu milliləşdirir

İdman | 13:50 • 3 İyul 2019
AFFA "Kayserispor"un futbolçusunu milliləşdirir

Türkiyənin "Kayserispor" klubunun türkiyəli futbolçusu Hasan Hüseyn Acar Azərbaycan milli komandasında oynaya bilər.

XəzərXəbər "Hürriyet"ə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi açıqlamasında AFFA-dan təklif aldığını və Azərbaycan millisində oynamağa müsbət baxdığını bildirib:

"Təklif gəlməsi xəbəri doğrudur. Düşünürəm və buna müsbət baxıram. Milli üzvü olmağı hər kəs istəyir. Türkiyə yığmasında oynamaq istəyərəm, ancaq Azərbaycan millisində də çıxış etmək qürur verər".

"Əskişəhərspor"un yetirməsi olan Hasan Hüseyn 2018-ci ildən "Kayserispor"da çıxış edir. Hasan Türkiyənin U-20 yığmasının üzvü olub.


Xəbər lenti