"Qalatasaray" daha bir transferi həll edib.
"L'Equipe" nəşri xəbər verir ki, Fransanın "Tuluza" klubu ilə müqaviləsi başa çatan Cimmi Durmaz İstanbul təmsilçisi ilə anlaşıb. Türkiyə əsilli isveçli futbolçu ilə 3 illik müqavilə imzalanıb.
"Qalatasaray" 30 yaşlı yarımmüdafiəçinin transferini tezliklə açıqlayacaq.
İsveç millisinin üzvü ötən mövsüm "Tuluza"da 36 oyuna 4 qol vurub, 1 assist edib.
Durmaz daha öncə Türkiyədə "Gənclərbirliyi" klubunda çıxış edib.