"Əl Qarafa" ilə sözləşməsi sona çatan Uesli Sneyder komandasından ayrılıb və hal-hazırda klubsuzdur.
Holland futbolçu menecerlər tərəfindən istanbullulara təkllif edilsə də "cim-bom" 35 yaşlı oyunçunun performansından çox geridə qaldığı üçün onun transferini mümkünsüz sayıb. Qeyd edək ki, "aslanlar" Sneyderin karyerasını bitirdikdən sonra onu məmnuniyyətlə İstanbula dəvət edə biləcəklərini və klubda vəzifə verə biləcəklərini bildirib.