Venger "topçular”ın futbolçusu Məsut Özil barədə də danışıb. Almaniya yığmasının uğuruszluğuna münasibət bildirən fransız mütəxəssis, Yoahim Lövün Məsutu geri qaytarmalı olduğunu da vurğulayıb:
"Mən əminəm, Almaniyanın Özilə ehtiyacı var. Hesab edirəm ki, Yoahim Löv onu geri qayıtmağa inandırmalıdır. Məsut yüksək səviyyəli futbolçudur. O, DÇ-2018-də zəif çıxış etmədi.
Onun yığmadan getməsi ürəyimcə olmadı. Məni qane edən odur ki, futbolçu mümkün olduğu qədər yaxşı olsun. Beynəlxalq yarışlar olmadan isə bu, mümkünsüz olur”.
Özil DÇ-2018-dən sonra Almaniya yığmasında çıxışını dayandırıb.