Xəzər Xəbər

"Liverpul"dan İtaliya klubuna keçdi

İdman | 11:30 • 18 Avqust 2018
"Liverpul"dan İtaliya klubuna keçdi

"Kalyari" "Liverpul"un futbolçusu Raqnar Klavanı transfer edib.

İtaliya A Seriya təmsilçisi 32 yaşlı müdafiəçi üçün 2 milyon avro ödəyib. Estoniya millisinin üzvü ilə 1+2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Klavan 2016-cı ildə 5 milyon avroya "Auqsburq"dan "Liverpul"a transfer olmuşdu.

Xəbər lenti