Xəzər Xəbər

Sarri rəsmən "Çelsi"də

İdman | 14:08 • 14 İyul 2018
Sarri rəsmən "Çelsi"də

"Napoli"dən ayrılan Mauritsio Sarrinin yeni iş yeri rəsmən bəlli oldu.

İtaliyalı mütəxəssisin "Çelsi"yə keçidi rəsmiləşib. 59 yaşlı çalışdırıcı ilə 3 illik müqavilə imzalanıb. Sarrinin illik əmək haqqı 6 milyon avro olacaq.

Qeyd edək ki, "Çelsi"nin əfsanəvi futbolçusu olmuş Canfranko Zola Sarrinin köməkçisi olacaq.

Xəbər lenti