Xəzər Xəbər

"Mançester Yunayted"in əsas transfer hədəfləri bəlli oldu

İdman | 12:21 • 23 May 2018
"Mançester Yunayted"in əsas transfer hədəfləri bəlli oldu

"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyonun istəyi əsasında yay transferləri üçün 250 milyon avro ayrılacaq.

XəzərXəbər "Mirror” nəşrinə istinadən xəbər verir ki, baş məşqçi növbəti mövsüm Çempionlar Liqasında və İngiltərə Premyer Liqasında mübarizə aparmaq üçün ən azı 5 yeni futbolçu istəyir.

Portuqaliyalı mütəxəssisin transfer siyahısında Tobi Alderveyreld ("Tottenhem), Fred ("Şaxtyor”), Jorjinyo ("Napoli”) və Jan-Mişel Şerinin ("Nitse”) adı var. "Yuventus”un müdafiəçisi Aleks Sandro isə yaxın vaxtlarda "qırmızı şeytanlar”la razılaşa bilər. Həmçinin ingilislər "Real Madrid” klubunun oyunçusu Qaret Beyli sıralarına qatmaq niyyətindədirlər.

Xəbər lenti