Xəzər Xəbər

"Volfsburq" Bundesliqada qaldı

İdman | 14:12 • 22 May 2018
"Volfsburq" Bundesliqada qaldı

Futbol üzrə Almaniya Bundesliqasında mövsümü 16-cı pillədə başa vuraraq elitanı tərk etmək təhlükəsi ilə üz-üzə qalan "Volfsburq” 2-ci Bundesliqada 3-cü yeri tutmuş "Holştayn Kil” ilə cavab pley-off matçına çıxıb.

Kil şəhərində baş tutan cavab qarşılaşmasında da "Volfsburq” qalib gəlib - 1:0. Doğma meydanda keçirilən görüşdə də 3:1 hesablı qələbəyə sevinən bu komanda əsas Bundesliqadakı yerini qoruyub.

Xatırladaq ki, mövsümü 17 və 18-ci pillələrdə başa vuran "Hamburq”la "Köln” 2-ci Bundesliqaya düşüb. 2-ci Bundesliqada çempion olan "Fortuna” (Düsseldorf) ilə ikinci pilləni tutan "Nürnberq” isə elitaya yüksəlib.

Xəbər lenti