Xəzər Xəbər

Səhiyyə Nazirliyi psixoloq axtarır

Cəmiyyət | 16:52 • 26 Yanvar 2021
Səhiyyə Nazirliyi psixoloq axtarır

Səhiyyə Nazirliyi dövlət tibb müəssisələrində vakant klinik psixoloq vəzifələrə işə qəbul elan edib.


Bu barədə XəzərXəbər-ə nazirlikdən məlumat verilib.


Bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti 13 yanvar 2021-ci il 8 nömrəli Qərara əsasən bölgələrdə döyüşlərdə zərər çəkmiş hərbi qulluqçulara psixoloji yardımın təşkil edilməsi ilə əlaqədar klinik psixoloq vəzifələrə işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir.


Müsabiqədə iştirak etmək istəyən namizədlər elan verildiyi gündən etibarən 30 gün ərzində Səhiyyə Nazirliyinə müraciət edərək (kets@health.gov.az, əlaqə nömrəsi 441-26-03 (309)) aşağıda göstərilən sənədləri təqdim etməlidirlər:


- Ərizə


- Şəxsiyyət vəsiqəsinin surəti


- Tərcümeyi-hal


- Təhsil və ixtisas haqqında sənədlərin surətləri (psixologiya ixtisası üzrə bakalavr


və klinik (tibbi) psixologiya üzrə maqistr proqramının diplomları)


- Əmək kitabçasının surəti (mövcud olduğu halda)


Vakant "klinik psixoloq” vəzifələri üzrə müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim edən mütəxəssislərin klinik (tibbi) psixologiya sahəsində biliklərinin (diaqnostik psixoloji testlərin istifadə edilməsinin, psixoloji yardımın göstərməsinin və s.) qiymətləndrilməsi Psixi Sağlamlıq Mərkəzi tərəfindən aparılır.


Nəticədə müsbət rəy qazanan mütəxəssis Psixi Sağlamlıq Mərkəzində müvafiq hazırlıq keçdikdən sonra klinik psixoloq vəzifəsinə qəbul olunur.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti