Xəzər Xəbər

Vaksinasiyadan sonra kütləvi immunitet nə vaxt yaranacaq?

Cəmiyyət | 20:31 • 19 Yanvar 2021
Vaksinasiyadan sonra kütləvi immunitet nə vaxt yaranacaq?

"Yanvarın 18-dən etibarən ölkə üzrə vaksinasiya aparılması işlərinə start verildi. Fevralın birinə kimi vaksinin tibb işçilərinə vurulması nəzərdə tutulub. Vaksinin vurulması prosesinə səhiyyə nazirimiz Oqtay Şirəliyev və TƏBİB rəhbərliyindən başlandı. Bugünkü vaksinasiyada mən də iştirak etdim".


Bu sözləri açıqlamasında infeksionist, parazitoloq Vüqar Cavadzadə deyib. O bildirib ki, vaksinasiya iki dozada həyata keçiriləcək:


"İkinci vaksin dozası üç həftədən sonra vurulacaq. Birinci doza ilə tam dayanıqlı immunitet formalaşmır, ikinci həfətdən sonra qanda sadəcə antitellərin formalaşması baş verir. Odur ki, ikinci dozanın vurulması vacibdir. Buna revaksinasiya deyirlər.


Revaksinasiyadan 40 gün sonra insanda immunitet tam formalaşacaq. Bu immunitetin dayanıqlılığı 3 ay ərzində davam edəcək, 3 aydan sonra 6 ay ərzində tədricən zəifləməyə başlayacaq. Odur ki, koronavirusun zəifləməsi üçün 6 ay sonra yenidən peyvənd vurdurmağa ehtiyac yarana bilər”.


Ekspert onu da bildirib ki, vaksinin effektivliyi hər kəsdə özünü müxtəlif cür göstərəcək:


"Bir qrup insanda güclü immunitet formalaşsa da, digər qrupda nisbətən zəif immunitet formalaşa bilər və ya immunitetin heç formalaşmamaq ehtimalı da var.


Kütləvi immunitetin qazanılması üçün cəmiyyətin təqribən 60-70 faizi vaksinasiyaya cəlb olunmalıdır. Bu proses bir neçə ay çəkəcək, bundan sonra əhalinin əksəriyyəti infeksiyaya qarşı immunitet qazanacaq. Peyvəndlənmədən sonra kütləvi immunitetin necə inkişaf edəcəyi müvafiq araşdırmalarda özünü göstərəcək”./Publika.az

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti