Xəzər Xəbər

Bəzi insanlar özünümüalicə ilə məşğuldurlar - Baş infeksionist

Cəmiyyət | 10:01 • 26 Noyabr 2020
Bəzi insanlar özünümüalicə ilə məşğuldurlar -

Bu gün COVID-19-a yoluxan bəzi insanlar virusu ciddi qəbul etməyərək özünümüalicə ilə məşğuldurlar.


Xezerxeber.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.


Onun sözlərinə görə, belə insanlar yalnız vəziyyətləri ağırlaşdığı-nəfəs darlığı yaranan zaman həkimə müraciət edirlər: "Bəzi insanlar görürlər ki, ətrafındakı insanlar evdə qalmaqla, internetdən reseptlər götürməklə özlərini müalicə edirlər və onların səhhətində heç bir mənfi hal baş vermir. Lakin nəzərə alınmalıdır ki, virusa yoluxan insan risk qrupuna daxil ola, onda ağırlaşdırıcı halların baş verməsi mümkün ola bilər. Cavan-yaşlı olmasından asılı olmayaraq, orqanizmin xüsusiyyətlərinə uyğun olaraq, insanlar xəstəliyi ağır keçirə bilərlər”.


T.Eyvazov qeyd edib ki, özünümüalicə nəticəsində vəziyyəti ağırlaşmış insanlar xəstəxanaya daxil olduqları zaman onlara qarşı görülən müalicə tədbirləri effektiv olmaya bilər:


"Ona görə də əhalidən xahiş edilir ki, yoluxduqları ilk gündən həkimə müraciət etsinlər. Müalicələrini evdə etsələr belə, bunu həkim nəzarəti altında etsinlər".

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti