Xəzər Xəbər

Meyvə dolu ağacları kimlər və niyə kəsib? VİDEO

Veb TV | 20:54 • 15 Avqust 2020
Meyvə dolu ağacları kimlər və niyə kəsib?

Göyçayda 60-dan çox xurma və heyva ağacları naməlum şəxslər tərəfindən kəsilərək məhv edilib. Meyvə dolu ağacları kimlər və niyə kəsib ?

Bir sahədə olan ağacların hamısı kəsilib. Hətta elələri varki, üzəri meyvə ilə doludur.

60-dan çox xurma və heyva ağacları bir gecədə kəsilərək məhv edilib. Kadrlar Göyçay rayonunun Şıxbəy kənd sakini Elçin Hüseynova məxsus olan bağdandır. 150-ə yaxın meyvə ağaclarının yarısı naməlum şəxs və ya şəxslər tərəfindən kəsilib.

Bağ sahibi Elçin Hüseynovun sözlərinə görə, ona məxsus olan 2 hektar pay torpağının 1 hektarında 6 il öncə xurma və heyva ağacları əkib. Artıq ağaclar bar verəcək qədər böyüyüb. Bu il, 1 aydan sonra ağacların meyvəsini dərməyəni planlaşdıran təsərrüfat sahibi bağa gələrkən gördüyü mənzərə onu şoka salıb.

Elçin Hüseynovun sözlərinə görə, kim və kimlərsə bunu qəsdən edib. Heç kimlə hər hansı bir ədavəti olmayan Elçin Hüseynov bu hadisəni törədənləri tapılmasını istəyir.

Artıqtəsərrüfat sahibi Göyçay rayon polis şöbəsində müracət edib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti