Xəzər Xəbər

Bu dəfə 190 manat kimlərə veriləcək? - Nazir açıqladı - VİDEO

Veb TV | 20:54 • 7 Avqust 2020
Bu dəfə 190 manat kimlərə veriləcək? -

"Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi yaxın günlərdə təmin ediləcək". Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev deyib. Nazir şəhid ailələri və müharibə əlillərinəmənzil və fərdi evlərin verilməsindən də danışıb.

"Sərt karantinin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmə yaxın günlərdə veriləcək". Bunu məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları üzrə işsiz və xüsusi karantin rejimində işini itirən, qeyri-formal işləyən aztəminatlı şəxslərdən ibarət 278 min nəfəri əhatə edəcək bu ödəmələr üçün 53 milyon manat sərf ediləcək.

Nazir bildirib ki, ümumilikdə birdəfəlik ödəmə alan 13 min insana 190 manatın verilməsi dayandırılıb.

Nazir Sahil Babayev şəhid ailələri və qarabağ müharibəsi əlillərinin mənzil və avtomobil təminatından da danışıb. Bildirib ki, bu il şəhid ailələri və müharibə əlillərinə rekord sayda-1500 ədəd mənzil və fərdi yaşayış evlərinin verilməsi planlaşdırılıb.

Qeyd edək ki, indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib. Müharibə əlili və onlara bərabər tutulan şəxslərə isə ümumilikdə nazirlik tərəfindən 6900 avtomobil verilib.

Xəbər lenti