Xəzər Xəbər

İdman etmədən 150 kilo arıqlayan kişi SİRRİNİ AÇDI - FOTO

Maraqlı | 15:26 • 3 İyul 2020
İdman etmədən 150 kilo arıqlayan kişi

ABŞ-da yaşayan Florida əyalətinin sakini Zak More idman etmədən 150 kiloqram çəki atıb.


 


XəzərXəbər ölkə.az-a istinadən bildirir ki, ''Yahoo News''ə müsahibə verən Zak More bir neçə il əvvəl hazır qidalar yediyini, hər gün 3-4 ədəd iki litrlik Kola içdiyini və 227 kiloqram olduğunu deyib.


 


O 2013-cü ildə qida zəhərlənməsindən sonra həyatını dəyişmək qərarına gəlib.


 


''Zəhərlənəndə xəstəxanada öləcəyimi düşündüm. Hətta həyat yoldaşıma və oğluma vida məktubu yazdım. Artıq çəkimə görə oğluma yaxşı ata ola bilməmişdim'' deyə, o qeyd edib.


 


Zak elə xəstəxanada olduğu müddətdə 20 kiloqram arıqlayıb. Daha sonra o karbohidrat və ətdən imtina edərək 177 kiloqrama düşüb. Mədə kiçiltmə əməliyyatından sonra isə 77 kilo da arıqlayan Zak həyətində tərəvəz yetişdirib. O evinin yaxınlığında idman zalı olmadığına görə sadəcə pəhrizin köməyi ilə istədiyi çəkiyə sahib olduğunu deyib. 


 Fotoları təqdim edirik:


undefined


undefined


undefined

Xəbər lenti