Xəzər Xəbər

Putin Qələbə Paradının keçirilməsi haqqında sərəncam imzalayıb

Dünya | 10:19 • 30 May 2020
Putin Qələbə Paradının keçirilməsi haqqında sərəncam imzalayıb

Rusiya Prezidenti Vladimir Putin iyunun 24-də Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar hərbi paradların keçirilməsi və atəşfəşanlıq haqqında sərəncam imzalayıb.


Xezerxeber.az kommersant.ru-ya istinadən xəbər verir ki, sərəncama əsasən, 24 iyun tarixi, həmçinin, qeyri-iş günü elan edilib.


Moskva vaxtı ilə 10:00-da Qızıl Meydanda və Rusiyanın digər şəhərlərində hərbi texnikaların iştirakı ilə hərbi parad keçiriləcək. Saat 22:00-da isə atəşfəşanlıq keçiriləcək.


Xatırladaq ki, bu il Rusiyada mayın 9-da keçirilməsi nəzərdə tutulmuş hərbi parad koronavirusla bağlı vəziyyətə görə təxirə salınmışdı. Lakin ölkə prezidenti yubiley paradının daha sonra "geniş və təntənəli şəkildə" qeyd edəcəyinə söz vermişdi.

Rubrikanın digər xəbərləri

Xəbər lenti