Xəzər Xəbər

Qadınlara koronavirus xəbərdarlığı: Gözləriniz…

Cəmiyyət | 15:56 • 30 Mart 2020
Qadınlara koronavirus xəbərdarlığı:

Koronavirus təhlükəsi ilə əlaqədar qadınların gözətrafı makiyajdan müvəqqəti imtina etməsi məsləhətdir.

"Hürriyet”in məlumatına görə, bu barədə Türkiyə Oftalmologiya Dərnəyi açıqlama verib.

"Əlimizlə göz və üz təmasını minimuma endirməliyik. Xüsusilə, qadınların gözətrafı makiyajları bu dövrdə risklidir”.

Açıqlamada bildirilir ki, COVID-19 epidemiyasında gözlər ən vacib yoluxma mənbələrindən biridir. Bu səbəbdən görmə orqanının gigiyenasına xüsusi diqqət edilməlidir.

Qurum həmçinin makiyaj vəsaitələrinin ortaq istifadəsindən çəkinməyin zəruriliyini vurğulayıb:

"Ümumi istifadə həmişə risklidir. Makiyajınızı steril şəraitdə istifadə edin, əvvəlcədən əllərinizi yuyun. Köhnə və ya uzun müddətistifadə olunmayan makiyaj materiallarını atın, çünki bakterial risklərə səbəb ola bilər. Bu müddət ərzində kirpiklərinizə maye makiyaj vurmayın. Göz qələmi, qaş qələmi, sürmə kimi vasitələrdənçox diqqətlə istifadə edin. Ümumiyyətlə, yaxşı olar ki, bir müddət göz və gözətrafı makiyajdan çəkinilsin. Bu dövrdə süni kirpiklərdən istifadə etməyin. Kontakt linzalardan istifadə edirsinizsə, əvvəlcə linzaları taxın və sonra makiyaj edin. Həmçinin əvvəlcə makiyajınızı təmizləyin, sonra kontakt linzaları çıxarın. Linzaya toxunmazdan əvvəl mütləq əllərinizi yuyun”.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti