Xəzər Xəbər

Şəhid İbrahim Vəliyev dəfn edilib - VİDEO

Veb TV | 18:15 • 25 Fevral 2020
 Şəhid İbrahim Vəliyev dəfn edilib  -

Erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan hərbçisi ilə vida mərasimi keçirilib. Minlərlə insan Zərdab rayonuna axın edib.

Xezerxeber.az-ın məlumatına görə, şəhid İbrahim Vəliyevin dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin zabitləri, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Əllərində üçrəngli bayraqlarla şəhid əsgər hərbçilərin müşayiəti ilə son mənzilə yola salınıb.

İbrahim Vəliyev Zərdabın Gəlmə kənd qəbiristanlığında torpağa tapşırılıb.

Təmas xəttində baş verənlərlə bağlı Xarici İşlər Nazirliyi də bəyanat yayib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti