Xəzər Xəbər

İsrail əsgərləri öldürülən fələstinlinin cəsədini parçaladı - Şok VİDEO

Veb TV | 15:15 • 24 Fevral 2020
İsrail əsgərləri öldürülən

İsrail əsgərləri Qəzza sərhədində şəhid etdikləri fələstinlinin cəsədinə qarşı iyrənc hərəkət ediblər.

Sosial şəbəkələrdə yayılan görüntülərdə İsrail əsgərlərinin Qəzza yaxınlığında öldürdüyü və şəxsiyyəti bilinməyən şəxsin nəşinin bir qrup fələstinlinin almağa çalışdığı görünür.

Ancaq bölgəyə gələn İsrail ordusuna aid buldozer öldürülən fələstinlinin cəsədini almaq istəyənlərə maneə olur. Çətinliklə cəsədi alıb hadisə yerindən uzaqlaşan fələstinlilərə israilli əsgərlər güllə atır və bu zaman bir fələstinli ayağından vurulur. Atəş açılmasından sonra fələstinlilər ölən şəxsin cəsədini yerə qoymaq məcburiyyətində qalır. Bu zaman israilli sürücü buldozerlə ölən şəxsin cəsədini yerdən qaldırmaq istəyir və cəsəd ortadan parçalanır. Daha sonra isə cəsədi sürüyərək bölgədən uzaqlaşır.

Xəbər lenti