Xəzər Xəbər

Övladlığagötürmə ilə bağlı elektron qaydada necə müraciət edilir?

Cəmiyyət | 10:45 • 18 Fevral 2020
Övladlığagötürmə ilə bağlı elektron qaydada necə müraciət edilir?

Valideyn-namizədlərin övladlığa götürmə ilə bağlı müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi vasitəsilə elektron qaydada həyata keçirilir.


Nazirlikdən verilən məlumata görə, övladlığagötürmə ilə bağlı elektron qaydada müraciət edilməsi üçün valideyn-namizəd ilk növbədə notariat orqanında müvafiq ərizə formasını doldurur. Bundan sonra valideyn-namizəd "ASAN Login”lə alstistemdə qeydiyyatdan keçir və altsistemdə müraciət anketini doldurur.


Bu müraciət altsistem tərəfindən qəbul edilir və aidiyyəti qurumların informasiya resurslarına inteqrasiya şəraitində həmin anket məlumatları araşdırılaraq yoxlanılır.

Növbəti mərhələdə Nazirliyin DOST Agentliyinin övladlığagötürmə üzrə departamenti müraciəti qəbul edir. Məlumatlar yoxlanıldıqdan sonra valideyn-namizədin müraciəti qeydə alınır. Övladlığagötürmə tələblərinə uyğunluq olmadığı təqdirdə isə müraciətə imtina verilir.


Müraciətin statusu ilə bağlı valideyn-namizədin şəxsi kabinetinə müvafiq məzmunda bildiriş göndərilir.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti