Xəzər Xəbər

Titanik gəmisi ilə bağlı QADAĞA: Müqavilə imzalandı - VİDEO

Veb TV | 15:17 • 22 Yanvar 2020
Titanik gəmisi ilə bağlı QADAĞA:

1912-ci ildə qəzaya uğrayan "Titanik" gəmisinin qalıqları mühafizə olunacaq.

Bununla bağlı ABŞ və Böyük Britaniya arasında müqavilə imzalanıb. Krallığın Nəqliyyat Nazirliyinin məlumatına görə, müqavilə bir neçə gün əvvəl qüvvəyə minib. Müqaviləyə görə, qalıqların üzərində axtarışlar aparmaq və obyektlərin su üzərinə çıxarılması üçün London və Vaşinqtonun razılığı olmalıdır.

Qeyd edək ki, Böyük Britaniya-ABŞ marşrutu üzrə üzən gəminin batması nəticəsində 1514 nəfər həyatını itirib./publika.az

Xəbər lenti