Xəzər Xəbər

Qatarda uşaq dünyaya gətirdi VİDEO

Veb TV | 18:17 • 13 Dekabr 2019
Qatarda uşaq dünyaya gətirdi

Fransa Beynəlxalq Dəmiryolu Şirkəti (SNCF) bir çox qatar səfərlərini ümumi tətil səbəbi ilə təxirə salıb. Lakin buna baxmayaraq, bəzi səfərlər davam edir. Belə səfərlərin birində uşaq dünyaya gəlib.

Məlumata görə, Gare adında gənc qadın Lionda qatara minib. Dəmiryolu işçisi açıqlamasında belə deyib:

"Çətinliklə hərəkət edirdi. Ərazidəki əməkdaşlarımızdan biri qadına qatara minməməyi məsləhət gördü. Lakin qadın minməkdə israr etdi”.

Bir neçə stansiya sonra qadının doğum sancıları başlayıb. O, övladınırahat dünyaya gətirsin deyə, qatar dayandırılıb və vaqon təxliyə edilib. Körpə stansiyaların birində dünyaya göz açıb. Hazırda ananın da, körpənin də vəziyyəti yaxşıdır.

Ənənəyə görə, qatarda doğulan körpələr həyatları boyu pulsuz bilet haqqına sahib olurlar. Bu uşağın da eyni hüquqdan yararlanacağı ehtimal olunur.

oxu.az

Xəbər lenti