Artıq həyətdə saxlanılan yerli heyvanların da məhsuldarlığını artırmaq olur. Süni mayalanmanın vaxtında və düzgün aparılması inəyin 3 bala doğmasına səbəb olub.
Bu nadir hadisə Salyanın Beştalı kəndində yaşayan Rufullayevlər ailəsinin təsərrüfatında baş verib. Uzun illərdir ki, həyətində mal-qara saxlayan Qızılgül Rufullayeva deyir ki, 6 ildir yerli inək tək bala doğub. İndi onuninəyi 3 erkək bala verib.
Mayalanmanı aparan baytar həkim deyir ki, tək bu təsərrüfatda yox, ayrı təsərrüfatlarda da 1 bala verən heyvanlarda əkiz bala doğuşu müşahidə olunur.
Mütəxəssilər bildirir ki, bu yolla yerli heyvnaların məhsuldarlığı artır. Həm də az xərc tələb olunur.
15-20 kiloqram arasında olan iki günlük üçəm buzovlar tam sağlamdırvəqidalanmalarında heç bir problem yoxdur.