Xəzər Xəbər

“ADEX-2018” müdafiə sərgisi başladı - Ən müasir silahlar, hərbi texnika Bakıda - VİDEO

Veb TV | 20:58 • 25 Sentyabr 2018
“ADEX-2018” müdafiə sərgisi başladı -

Bu gündən etibarən Bakıda ''ADEX-2018'' beynəlxalq müdafiə sərgisiöz işinə başlayıb. Əməkdaşlarımız da həmin sərgidə olublar. İndi sərgidə nümayiş olunan müxtəlif növ silahlar, hərbi nəqliyyat vasitələri və aviasiya bombaları ilə sizi tanış edəcəyik.

Bir-birindən fərqli zirehli avtonəqliyyat vasitələri, düşməni uzaq məsafədən izləyə və məhv edə bilən pilotsuz uçan aparatlar və dronlar, aviasiya bombaları və müxtəlif ölkələrin ordularında istifadə edilən ən müasir silahlar.

Sərgidə Azərbaycanın istehsalı olan "Tufan" zirehli texnikası da nümayiş etdirilir. Bu texnikanın əsas məqsədi döyüş zonasından piyadaların təhlükəsiz formada daşınmasından ibarətdir. Əgər ehtiyac olarsa, üzərinə müxtəlif təyinatlı silahlar da quraşdırıla bilər. Qeyd edək ki, 3 gün davam edəcək sərginin sonuncu günündə sadə vətəndaşlarda müasir silahlarla tanış ola bilərlər.

Xəbər lenti