Xəzər Xəbər

Sumqayıtda rəis işlədiyi şirkəti taladı: 450 min manat... VİDEO

Veb TV | 20:50 • 25 Sentyabr 2018
Sumqayıtda rəis işlədiyi şirkəti taladı: 450 min manat...

Sumqayıtda işlədiyi şirkətdən külli miqdarda pul oğurlayan şəxs tutulub. Həmin şəxs seyfdən 450 min manat pul aparıb. O, həmin şirkətdə təhlükəsizlik üzrə növbə rəisi işləyib.

Özəl şirkətdən külli miqdarda pul oğurlayan şəxs tutulub.

Hadisə Sumqayıtda qeydə alınıb. Şəhər ərazisində yerləşən MMC-lərin birinin mühasib otağındakı seyfin qapısının naməlum şəraitdə sındırılaraq oradan 450 min manat oğurlandığı barədə polis idarəsinə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsinin Sumqayıt şəhər sakini RaufNəbiyev tərəfindən törədilməsi müəyyən edilib və o, görülən zəruri tədbirlər nəticəsində saxlanılıb. Araşdırma zamanı məlum ki,saxlanılan şəxs həmin şirkətdə təhlükəsizlik üzrə növbə rəisi işləyib. Bu səbəbdən o, seyfin saxlanıldığı otağın harada yerləşməsi, həmçinin içində nə qədər pul olması barədə məlumatlı olub. Rauf Nəbiyev istintaqa verdiyi ifadəsində oğurluq etdiyini etiraf edib.

Əməliyyat tədbirlərinin davamı olaraq Rauf Nəbiyevin seyfdən oğurladığı pulun əksər hissəsi onun yaşadığı evdən aşkar olunaraq madddi sübut kimi götürülüb vəmüvafiq protokol tərtib edilərək həmin şirkətə qaytarılıb. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti