Xəzər Xəbər

Yuxu cədvəlində edilən dəyişikliklər ağır fəsadlar yarada bilər

Cəmiyyət | 12:45 • 25 Sentyabr 2018
Yuxu cədvəlində edilən dəyişikliklər ağır fəsadlar yarada bilər

ABŞ-ın Dyukan Universitetinin mütəxəssislərinin fikrincə, yuxu cədvəlini dəyişmək bir sıra sağlamlıq problemləri yarada bilər. Belə ki, bu zaman ikinci tip şəkərli diabet, piylənmə, ürəyin fəaliyyətində pozuntular kimi ağır fəsadlarla qarşılaşmaq mümkündür.


AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, alimlər bu qənaətə 50 yaşdan yuxarı 200 könüllünün üzərində aparılan tədqiqatların nəticəsində gəliblər. Alimlər iştirakçıların yuxu rejimini və davamiyyətini müşahidə ediblər. Mütəxəssislərin sözlərinə görə adətən bu istiqamətdə aparılan tədqiqatlarda yalnız yuxu davamiyyəti nəzərə alınır. Lakin budəfəki təcrübə məhz yuxu rejimini araşdırmağa yönəlib.


Məlum olub ki, eyni saatda yatıb-durmaq sağlamlıq baxımından mühüm rol oynayır. Belə ki, fərqli saatlarda yatıb oyananlarda yüksək şəkər və təzyiq yarana bilər və onlar digərlərinə nisbətən stressə daha çox meyilli olurlar. Bu adamlar gündüzlər də yuxululuqdan, bədənin tonusunun zəifləməsindən və depressiyalardan şikayət ediblər. Bundan əlavə müşahidələr göstərib ki, onlarda yaxın on ildə meydana çıxa biləcək ürək xəstəlikləri, insult riski daha yüksəkdir və orqanizmin maddələr mübadiləsi prosesi pozulub.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti