Xəzər Xəbər

Magistr və doktorantlara ŞAD xəbər: vergi tutulmayacaq

Cəmiyyət | 12:05 • 25 Sentyabr 2018
Magistr və doktorantlara ŞAD xəbər:

Magistr və doktorantlara verilən təqaüdlərdən vergi tutulmayacaq.

Modern.az-ın məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinin 102-ci maddəsinə (Gəlir vergisindən azadolmalar və güzəştlər) dəyişiklik təklif olunur.

Hazırki qanunvericiliyə görə, istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğlərindən gəlir vergisi tutulmur.

Dəyişikliyə görə isə magistr və doktorantlara verilən təqaüdlərdən gəlir vergisi tutulmayacaq.

Vergi Məcəlləsinə dəyişiklik Milli Məclisin oktyabrın 1-i və 5-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti