Xəzər Xəbər

Həftəsinə 40 min manat qazanan məşhur aktrisa BAHALIQDAN ŞİKAYƏTLƏNDİ

Şou Biznes | 11:41 • 20 Sentyabr 2017
Həftəsinə 40 min manat qazanan məşhur aktrisa

"Vətənim Sənsən” serialından həftəlik bölümünə görə 80 min TL (təxminən 40 min manat) qazanan Bergüzar Korel İzmirdəki bahalıqdan şikayət edib.

Aktrisa məşhur kurort mərkəzi Çeşmedəki məkanların olduqca baha olduğunu deyib. O, bu barədə instaqram hesabında yazıb:

"3 yaşımdan bəri yay aylarım Çeşmedə keçir. Uşaq olanda pul ödəmədən dənizə gedərdik, indi isə sahillərdə pulsuz şezlonqda otura bilmirik. İnsanların mənə xəsis deməsindən qorxuram. Amma bizi xam yerinə qoymaları xoş deyil. Axşamlar suyun qiyməti başqa olur, gündüz başqa. Daha səfeh yerinə qoyulmaq istəmirəm. O məkanların da heç birinə getmirəm. Alaçatıya çıxmıram. Yayda da uşağı Alaçatıya dondurma yeməyə apara bilmirik. Musiqi səsi gəlməyən sahil də qalmayıb, sakitcə oturub kitab oxuya biləcəyim yer yoxdur. Qələbəlikdən həftəsonları suyumuz kəsilib”.

Məlumat üçün bildirək ki, Alaçatı Türkiyənin İzmir şəhəri yaxınlığında, Çeşmə yarımadasında turistlərin axın etdiyi kənddir./publika.az

Xəbər lenti