"Dünya praktikasında avtomobilin idarə olunması üçün etibarnamə verilməsi sistemi yoxdur. Azərbaycanda da avtomobilin idarəsi üçün digər şəxslərə verilən etibarnamə ləğv edilməlidir”.
Milli Məclisin iclasında deputat Azər Badamov belə təkliflə çıxış edib.
O bildirib ki, Azərbaycanda vətəndaş yaxın qohumunun avtomobilini etibarnamə olmadan idarə edə bilmir.
"Bu haldaqanunvericiliyə uyğun 40 manat cərimə mexanizmi var. SSRİ-dən qalma məsələ olan etibarnamə bu gün aktuallığını itirib. Çünki avtomobil itirsə, texniki imkanlardan istifadə edib, onu tapmaq mümkündür”, - deyə A.Badamov əlavə edib.