Xəzər Xəbər

Azərbaycanlı professordan koronavirusla bağlı ŞOK AÇIQLAMA: İsti havada yox olması...

Cəmiyyət | 21:23 • 4 Aprel 2020
Azərbaycanlı professordan koronavirusla bağlı
"Azərbaycanda isti havanın koronavirusu məhv etməsi fikri sadəcə illuziyadır”.

Bu sözləri Publika.az-a açıqlamasında professor Adil Qeybulla deyib.

Professor ölkəmizdə isti havaların koronovirusu məhv etməsi barədə şayiələrə aydınlıq gətirib: "Günəşdən gələn ultrabənövşəyi şüalar koronavirusa təsir göstərir. Yəni bu virusun məhv edilməsi üçün öldürücü istilər lazımdır. Ultrabənövşəyi şüaların öldürücü təsirinin olması faktoru var. Ancaq 50 dərəcədən yuxarı bir istilik olmalıdır ki, pandemiya deaktiv olsun. Azərbaycanda isə belə bir istilik dərəcəsi yoxdur. Karantin tədbirləri düzgün həyata keçirilərsə, 10-12 həftə müddətində COVID-19 virusunun yoxa çıxması prosesini müşahidə edə bilərik. Həmin vaxt da yaya təsadüf etdiyindən biz yayda infeksiyanın tədricən təsirinin azalacağını proqnozlaşdırırıq. Yəni zaman amili yay fəsli ilə üst-üstə düşür. Əks halda isti hava ilə o qədər də əlaqəsi yoxdur. Azərbaycanda yay fəslində ultrabənövşəyi şüalar müəyyən qədər təsir göstərə bilər, amma bu, həlledici isti deyil. Yəni buna yetərli dərəcədə istilik bizdə yoxdur.

Adil Qeybulla vurğulayıb ki, karantin tədbirlərinə vətəndaşlarımız düzgün əməl etməsə və proses öz nəticəsini verməsə, bizi çətin günlər gözləyir: "Karantin tədbirləri effektli olmadığı təqdirdə, ikinci dalğa reallaşa bilər. Çini buna nümunə göstərə bilərik. Hazırda Çində yenidən müəyyən yayılmalar var. Ona görə də, vətəndaşlarımız izolyasiya tədbirlərinə ciddi əməl etməlidir”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti