Xəzər Xəbər

İstirahət gününün havası: Yağış, külək, duman

Cəmiyyət | 13:31 • 4 Aprel 2020
İstirahət gününün havası:

Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindənverilən məlumata görə, aprelin 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Səhər saatlarında duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 13-17, Bakıda gecə 6-8, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti