Xəzər Xəbər

İki həftə əvvəl gəlin köçən qız öldü - FOTO - YENİLƏNİB

Cəmiyyət | 16:02 • 29 Yanvar 2020
 İki həftə əvvəl gəlin köçən qız öldü  -

Masallı rayonunda azyaşlı qız gəlin köçdüyü evdə ölüb.


"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Rayonun Həsənli kənd sakini olan yetkinlik yaşına çatmayan qız iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib.


Onlar üçün təmtəraqlı toy məclisi də qurulub. Hazırda qızın meyiti daxili müayinə üçün ekspertizaya verilib.

Masallı Rayon Prokurorluğundan "Qafqazinfo"ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda faktla bağlı araşdırmalar aparılır.


***


"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, vəfat edən qız 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mayıs qızıdır.


Masallı Rayon İcra Hakimiyyətindən bildirilib ki, mərhum qızın 16 yaşı olub: "Qız toyu olan vaxt bizə məlumat daxil oldu. Biz də bu barədə polisə məlumat verdik”.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti