Bərdədə mağazadan külli miqdarda pul oğurlanıb.
Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da rayon ərazisindəki inşaat materialları mağazalarının birindən 340 000 manat pulu götürərək itkin düşən, orada xəzinədar işləyən X.Əliyev saxlanılıb.
O, izahatında işlədiyi mağazadan qeyd edilən məbləği mənimsəməsini etiraf edib.